satellite   Azerspace-1: 11135 H 30000

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəli

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəli

Noyabrın 3-də Polşanın Gdansk şəhərində fəaliyyət göstərən, dəniz nəqliyyatı və logistika sahəsində ixtisaslaşmış PortalMorski.pl xəbər portalında Mateusz Gibałanın müəllifliyi ilə “Çindən Azərbaycana daha çox qatar gəlir – Orta Dəhlizin əhəmiyyəti artır” başlıqlı məqalə yayımlanıb.

NTV  xəbər verir ki, məqalədə Azərbaycanın Çinlə Avropa arasında yükdaşımaların həyata keçirilməsində artan rolu, Orta Dəhlizin inkişafı və ölkəmizin tranzit-logistika imkanlarından bəhs edilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dəmir Yolları Çindən 416 blok qatarı qəbul edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən dəmir yolu tranzitinin 15 faiz artaraq 5,7 milyon tona çatdığı qeyd olunub.

Yazıda Bakı Beynəlxalq Dəniz Limanının Orta Dəhlizdə mühüm logistika mərkəzi olduğu vurğulanıb. Hesabat dövründə limanda konteyner daşımalarının 30 faiz artdığı diqqətə çatdırılıb. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində illik daşıma qabiliyyətinin 5 milyon tona yüksəldiyi bildirilib.

Müəllif Orta Dəhlizin Rusiya ərazisindən yan keçməklə Çin və Avropa arasında alternativ nəqliyyat marşrutu yaratdığını qeyd edib. Bu marşrutun Avropa istiqamətində Polşanın Qdansk, Varşava, Lodz və Slavkov şəhərlərinin də logistika şəbəkəsində yer aldığı diqqətə çatdırılıb.

Bununla yanaşı, Bakı limanının yükötürmə qabiliyyətinin 2030-cu ilədək 15 milyon tondan 25 milyon tona çatdırılmasının planlaşdırıldığı bildirilib. Məqalədə nəqliyyat infrastrukturunun genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM