Yaponiyanın ən böyük mobil rabitə operatoru "NTT Docomo" ölkə üzrə xidmətlərinin işində nasazlıqlar barədə məlumat verib.
NTV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Operatorun məlumatına görə, nasazlıqlar səsli zəngləri, SMS-mesajların göndərilməsini və mobil məlumatların ötürülməsini əhatə edib.
Problemlər noyabrın 5-i yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 07:00-da) qeydə alınıb.
Genişmiqyaslı nasazlığın səbəbləri araşdırılır.
Hadisə son həftələrdə Yaponiya şirkətlərinə və dövlət qurumlarına qarşı kiberhücumların artdığı bir vaxtda baş verib, bu hücumlar nəticəsində istifadəçilərin şəxsi məlumatları sızıb.
