satellite   Azerspace-1: 11135 H 30000

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) strateji hədəflərindən biri olan yataqların infrastruktur potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

İB-dən NTV-yə  bildirilib ki, “Abşeronneft” Neft və qazçıxarma idarəsinin “Qərbi Abşeron” yatağında yeni inşa olunmuş 50 saylı stasionar dəniz özülü istismara verilib. Yeni platformada ilk quyunun qazma, tamamlama işləri uğurla icra edilib və hasilat prosesinə başlanılıb. Ümumilikdə isə, 16 quyunun qazılması nəzərdə tutulub. Qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramları vasitəsilə qurulmuş geoloji model əsasında layihələndirilir və icra edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM