satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiymətində artım davam edir

Qızılın qiymətində artım davam edir

Qızılın qiyməti çərşənbə günü 3 faizdən çox artdıqdan sonra yüksəlişini davam etdirib. Bahalaşmaya ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının Konqresin hər iki palatasında çoxluğu əldə etməsi, dolların və dövlət istiqrazlarının gəlirliliyinin aşağı düşməsi təsir göstərib.

NTV xəbər verir ki, hazırda qızılın bir troya unsiyası 4120 dollar ətrafında ticarət olunub. Qeyd edək ki, ötən gün qızılın qiyməti avqust ayından bəri ən böyük artımını nümayiş etdirərək 4000 dollarlıq psixoloji həddi keçib.

ABŞ-də dövlət istiqrazlarının bütün müddətlər üzrə gəlirliliyi azalıb. Prezident Donald Tramp administrasiyasına ciddi siyasi zərbə vuran seçkilərin nəticələrindən sonra dollar 0,4 faiz ucuzlaşıb. Bu gün də dolların və istiqrazların gəlirliliyinin azalması davam edib.

Qızılın qiymətindəki bərpa son aylarda müşahidə olunan enişdən sonra indiyədək ən böyük yüksəliş olsa da, qiymətli metal fevralın sonunda ABŞ-İran gərginliyinin başlamasından bəri dəyərinin beşdəbirindən çoxunu itirib. Həmin gərginliyin səbəb olduğu enerji qiymətlərinin artması isə pul siyasətinin sərtləşdirilməsinə gətirib çıxarıb.

Analitiklər bildiriblər ki, qızıl yenidən əlverişli makroiqtisadi şəraitə reaksiya verməyə başlayıb. Qiymətli metalın mövqelərini bərpa etməsi ilə bağlı ehtiyatlı nikbinlik mövcuddur. Bununla belə, Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi ilə bağlı gözləntilərin azalması və investisiya tələbinin canlanması qiymət artımının davamlılığı baxımından həlledici əhəmiyyət daşıyır.

İnvestorlar iqtisadiyyatın vəziyyəti və faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı əlavə məlumat əldə etmək üçün cümə günü açıqlanacaq ABŞ-nin məşğulluq hesabatını gözləyirlər. İnflyasiyanın nəzarət altında olduğuna dair göstəricilər FED-ə pul siyasətini yumşaltmaq üçün daha geniş imkanlar yarada bilər.

Çərşənbə günü təxminən 5 faiz artan gümüşün qiyməti isə əlavə 1,8 faiz artaraq bir unsiya üçün 52 dollar civarındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM