Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə keçirilib - FOTOLAR

Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə keçirilib<font color=red> - FOTOLAR</font> Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə keçirilib<font color=red> - FOTOLAR</font> Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mühazirə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün keçirilib. Mühazirə zamanı kursantlara Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar, onların növləri haqqında, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılması, mərkəzdə keçirilən insan izlərinin tədqiqi ekspertizası və daktiloskopik ekspertizalar barədə məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşı hadisə yerində diqqətli olmalı, kənar müdaxiləyə yol verməməli, səlahiyyəti xaricində mövcud predmetlərə müdaxilə etməməlidir.

Həmçinin kursantlara insan izlərinin aşkar olunması, götürülməsi, qeydə alınması, qablaşdırılması və ekspertiza tədiqatına göndərilməsi ilə bağlı məlumat verilib. Daha sonra ekspertlərin təqdimatında hadisə yerində və laboratoriya şəraitində müxtəlif obyektlər üzərində kimyəvi tozlar vasitəsi ilə əl-barmaq izlərinin aşkar edilməsi və götürülməsi ilə bağlı videoçarx nümayiş etdirilib, hadisə yerinin müayinəsi çantasının mahiyyəti və istifadə qaydaları izah olunub, kursantları maraqlandıran suallara aydınlıq gətirilib.

Səftər Sadiqov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM