satellite   Azerspace-1: 11135 H 30000

Alen Simonyan Rusiya Federasiya Şurasının sədrinin bəyanatlarına cavab verib

Alen Simonyan Rusiya Federasiya Şurasının sədrinin bəyanatlarına cavab verib

Rəsmi İrəvan heç vaxt Ukraynanın ərazi bütövlüyünü şübhə altına almayıb.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, o, İspaniyada Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin sammitindəki çıxışında “qanunsuz” sözündən istifadə etməyib, yalnız Ukraynaya müdaxilədən danışaraq qeyd edib ki, Ermənistan digər ölkələr kimi Ukraynanın da ərazi bütövlüyünü tanıyır.

O əlavə edib ki, beynəlxalq hüquq baxımıdan Ermənistan Rusiyanın da ərazi bütövlüyünü tanıyır: “Mən bu mənada yeni nəsə söyləmişəm? Eyni zamanda, insanların hisslərinə toxunmamaq üçün “qanunsuz” sözünü işlətməmişəm”.

A.Simonyan qeyd edib ki, o, hələ ki, Rusiya Federasiya Şurasındakı tərəfdaşlarından sorğu almayıb.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM