satellite   Azerspace-1: 11135 H 30000

Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət

Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət

Bu mövzuda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Kəngərli rayon Yurdçu kəndində seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən seminarda yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri, bu sahədə bələdiyyələrin vəzifələri barədə məlumat verilib. Bildirilib ki, bələdiyyə maliyyəsinin əsasını təşkil edən yerli büdcə əsasən yerli vergilər hesabına formalaşır. Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə vergi qanunvericiliyi ilə müəyyən edilən vəzifələri də yerinə yetirməlidirlər. Yerli vergi və ödənişlərin ödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar.

Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət haqqında məlumat verərək diqqətə çatdırıb ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri qanunvericiliklə tənzimlənir. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr müəyyən olunmuş qaydada məhkəmələrə müraciət edə bilərlər.

Vurğulanıb ki, yerli büdcənin başlıca məqsədi vergi və ödənişlər üzrə gəlirlərin cəlb edilməsi və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair metodiki vəsait təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM