satellite   Azerspace-1: 11135 H 30000

Culfa sakinindən qanunsuz ov silahı götürülüb

Culfa sakinindən qanunsuz ov silahı götürülüb

Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinə Kırna kənd sakini 1985-ci il təvəllüdlü Məmmədhəsən Əliyevdə qanunsuz saxladığı odlu silah olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin yaşadığı evin həyətyanı sahəsindəki samanlıqda 1 ədəd Türkiyə istehsalı, 12 kalibrli, atəşə yararlı qoşalülə ov silahı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM