Türkiyə cari il ərzində bir çox beynəlxalq forum və zirvə görüşünə ev sahibliyi edib. Növbəti böyük tədbir dekabrın 4-6-da Ərzurum vilayətində keçiriləcək 2-ci Palandöken İqtisadi Forumu olacaq.
NTV xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının himayəsi ilə baş tutacaq forumda bir çox ölkə nazirlər səviyyəsində təmsil olunacaq. Beynəlxalq təşkilatların yüksəkvəzifəli rəhbərləri, ekspert və alimlərin də bir araya gələcəyi tədbirdə qlobal iqtisadiyyatın gələcəyi, beynəlxalq investisiyalar və yeni ticarətin imkanları müzakirə olunacaq.
"Qlobal qeyri-müəyyənlik fonunda kapital: İnvestisiya üçün yeni tənlik" mövzusundakı üçgünlük forumda qlobal iqtisadiyyatın transformasiyası, investisiya hərəkətləri, beynəlxalq ticarət və strategiyaları, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunacaq.
