satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin kommersiya məqsədli xam neft ehtiyatları 1,1 milyon barel artıb

ABŞ-nin kommersiya məqsədli xam neft ehtiyatları 1,1 milyon barel artıb

ABŞ-nin kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə 1,1 milyon barel artıb.

NTV  xəbər verir ki, ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkənin kommersiya məqsədli xam neft ehtiyatları 1,1 milyon barel artaraq 418,9 milyon barelə çatıb. Bazar iştirakçıları ehtiyatların təxminən 2 milyon barel artacağını proqnozlaşdırırdılar.

Kommersiya məqsədli ehtiyatlara daxil olmayan strateji xam neft ehtiyatları isə qeyd olunan dövrdə 2,9 milyon barel azalaraq 273,5 milyon barelə enib. Bu müddətdə ABŞ-nin benzin ehtiyatları da 1,7 milyon barel artaraq 217,7 milyon barel təşkil edib.

Birləşmiş Ştatlarda gündəlik xam neft hasilatı noyabrın 14-20-ni əhatə edən həftə ərzində 33 min barel artaraq 14 milyon 65 min barelə yüksəlib. Ötən həftə ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 673 min barel artaraq 6 milyon 250 min barelə çatıb. Xam neft ixracı isə gündəlik 1 milyon 219 min barel azalaraq 3 milyon 269 min barel olub.

EIA-nın noyabr ayına dair açıqladığı hesabatında ABŞ-də gündəlik orta hesabla xam neft hasilatının bu il 13 milyon 860 min barel, gələn il isə 14 milyon 300 min barel olacağı proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM