satellite   Azerspace-1: 11135 H 30000

Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilib - FOTOLAR

Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilib<font color=red> - FOTOLAR</font> Tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilib<font color=red> - FOTOLAR</font>

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılıb.

Bu barədə NTV-yə  Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qapının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında Dövlət Xidmətinə təqdim edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunub. Qapı təsdiq edilmiş layihəyə əsasən bərpa edilib yerinə quraşdırılsa da, 2026-cı ilin oktyabr ayında onun sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi aşkar edilib.

Bununla bağlı binanın memarlıq kompozisiyasının tərkib hissəsi olan giriş qapısının qısa müddətdə əvvəlki yerinə qaytarılması tələb olunub.

Bu müddətdə isə şüşə konstruksiyanın üzərində müvəqqəti olaraq taxta qapı görüntüsü yaradan vinil örtük vurulub. Sözügedən fakt aşkar edildikdən sonra vinil örtük sökülsə də, iki gün əvvəl yenidən həmin örtüyün vurulduğu müəyyən edilib.

Hazırda tarixi abidənin giriş qapısı Dövlət Xidməti tərəfindən orijinallığı və ilkin görünüşü qorunmaqla bərpa edilərək öz yerinə quraşdılıb.

Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması faktı ilə bağlı inzibati protokol tərtib edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM