satellite   Azerspace-1: 11135 H 30000

Misirdə yanacaq daşıyan tankerin yanması nəticəsində 30 nəfər həlak olub

Misirdə yanacaq daşıyan tankerin yanması nəticəsində 30 nəfər həlak olub

Misir Səhiyyə Nazirliyi Gizanın Əl-Varraq bölgəsindəki dairəvi yolun yuxarı hissəsində baş verən yanğınla bağlı məlumat yayıb.

NTV “TRT Haber”ə istinadla xəbər verir ki, məlumatda hadisə yerinə 39 təcili yardım maşınının göndərildiyi və yanğın nəticəsində 30 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilib.

Misirin “Əl-Əhram” qəzetinin məlumatına görə, mülki müdafiə qrupları yanğını nəzarət altına alıb. Təhlükəsizlik qüvvələri məlumatdan sonra əraziyə göndərilib, yol polisi tıxacın qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yolu nəqliyyat vasitələrinin hərəkəti üçün bağlayıb və nəqliyyat vasitələrini alternativ yollara yönləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM