satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub

UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Barselona"ya (İspaniya) məğlub olub.

NTV-nin məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

La Liqa təmsilçisinin heyətində Entoni Qordon (31, 51), Karim Adeyemi (55) və Qabriel Jezus (60) fərqləniblər.

Azərbaycan çempionunun yeganə qolu isə Coy Lens Mikelsin (63) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü dekabrın 8-də səfərdə digər İspaniya təmsilçisi "Vilyarreal"a qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM