satellite   Azerspace-1: 11135 H 30000

Norveç energetika sektorunun bərpası üçün Ukraynaya daha 46,3 milyon avro ayırıb

Norveç energetika sektorunun bərpası üçün Ukraynaya daha 46,3 milyon avro ayırıb

Ukrayna Energetikasına Dəstək Fondu Norveçdən 46,3 milyon avro məbləğində vəsait əldə edib ki, bunun sayəsində bu ölkənin Ukraynanın energetika sektoruna ayırdığı maliyyə yardımının ümumi həcmi 255,6 milyon avroya çatıb.

NTV  "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, vəsait bütün ölkə ərazisində Rusiyanın hücumları nəticəsində zədələnmiş energetika obyektlərinin bərpası üçün avadanlıqların alınmasına yönəldiləcək.

"Ukrayna ilə həmrəyliyinə görə Norveçə təşəkkür edirik. Belə dəstək energetika şirkətlərinin ehtiyacları üçün avadanlıqları operativ şəkildə tapmağa, almağa və enerji sisteminin işini bərpa etməyə imkan verir. Hər bir belə töhfə bizim ukraynalıları işıq və istiliklə təmin etmək qabiliyyətimizdir", - Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM