satellite   Azerspace-1: 11135 H 30000

“Türkməntelkom”: Xəzər dənizinin dibi ilə çəkilmiş sualtı rabitə xəttinin istismarı üzrə Azərbaycanla birgə iş aparılır

“Türkməntelkom”: Xəzər dənizinin dibi ilə çəkilmiş sualtı rabitə xəttinin istismarı üzrə Azərbaycanla birgə iş aparılır

Türkmənistan beynəlxalq magistral xətlərin sayını 11-ə çatdırmağı, tranzit şəbəkəsinin ümumi ötürücülük qabiliyyətini isə saniyədə 20 terabitə qədər artırmağı planlaşdırır. Bu planların həyata keçirilməsində Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xəttinin çəkilməsi üzrə Azərbaycanla əməkdaşlıq mühüm yer tutur.

NTV  “Turkmenportal”a istinadla xəbər verir ki, bunu “Türkməntelkom” dövlət elektrik rabitəsi şirkətinin baş direktoru Xocaniyaz Avqanov noyabrın 25-də Aşqabadda keçirilən “Türkməntel-2026” beynəlxalq sərgi və elmi konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan göstəricilərə bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi ilə nail olmaq mümkün olacaq. Xüsusilə də, hədəfi Avropa ilə Asiya arasında yüksək sürətli rəqəmsal marşrut yaratmaq olan Xəzərin dibi ilə sualtı rabitə xəttinin çəkilməsi, ona sahiblik və istismar məsələləri üzrə Azərbaycanla birgə iş aparılır.

Telekommunikasiya infrastrukturunun genişləndirilməsi və Azərbaycanın iştirakı ilə Xəzər layihəsinin həyata keçirilməsi regionun rəqəmsal bağlantılarının gücləndirilməsinə, eləcə də Avropa ilə Asiya arasında beynəlxalq tranzit marşrutlarının inkişafına yönəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM