satellite   Azerspace-1: 11135 H 30000

Lukaşenko Belarusun növbəti prezidentinin də xalq tərəfindən seçiləcəyini bildirib

Lukaşenko Belarusun növbəti prezidentinin də xalq tərəfindən seçiləcəyini bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin növbəti rəhbərinin də xalq tərəfindən seçiləcəyini bildirib. O, kiçik oğlu Nikolayın prezidentliyə hazırlanması ilə bağlı iddiaları təkzib edib.

NTV  BelTA informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı müsahibəsində özündən sonra ölkəyə kimin rəhbərlik edəcəyi ilə bağlı sualları cavablandırıb. Lukaşenko bildirib ki, onun xələfini xalq seçəcək. O, hakimiyyətin ötürülməsi ilə bağlı müzakirələrin aparılmasını da yersiz hesab etdiyini vurğulayıb.

Kiçik oğlu Nikolayın prezidentliyə hazırlanması ilə bağlı suala cavabında Belarus lideri bunun belə olmadığını bildirib. Onun sözlərinə görə, hazırda hərbi xidmətdə olan 22 yaşlı Nikolay Konstitusiyaya əsasən prezident seçilə bilməz. Lukaşenko digər oğullarını da bu vəzifəyə hazırlamadığını qeyd edib.

Prezident yaxın vaxtlarda vəzifəsindən getməyi planlaşdırmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM