satellite   Azerspace-1: 11135 H 30000

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

Hakerlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Kəşfiyyat Xidmətinin elektron sistemlərindən birinə kiberhücum həyata keçiriblər.

NTV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, hücum açıq mənbələrdən əldə edilən məlumatların kəşfiyyat məqsədilə təhlili üçün istifadə olunan sistemə təsir göstərib. Hakerlərin hansı məlumatlara çıxış əldə etdiyi hələlik məlum deyil. Mənbələr sızmanın məxfi məlumatlara aid olmadığını bildiriblər.

Qeyd edək ki, ötən həftə ABŞ Federal Təhqiqat Bürosunun Milli Cinayət Məlumat Mərkəzi də kiberhücuma məruz qalmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM