satellite   Azerspace-1: 11135 H 30000

“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

Özbəkistanın milli kino şirkəti “Özbəkfilm” süni intellektin film istehsalına inteqrasiyasına başlayacaq. Bu məqsədlə 2028-ci ilə qədər ölkənin tarixi, mədəniyyəti və vizual irsi haqqında məlumat bazası tərtib ediləcək.

NTV  xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin noyabrın 21-də kino sənayesində islahatlar haqqında imzaladığı fərmana uyğun olaraq, məlumat bazası müntəzəm olaraq yenilənəcək. Bu məlumatdan kino şirkətinin tərkibində yaradılacaq “Özbəkfilm” süni intellekt laboratoriyası istifadə edəcək.

Laboratoriya sənaye üçün mütəxəssislər hazırlayacaq və film istehsalında süni intellekt həllərini tətbiq edəcək.

Bundan əlavə, Prezidentin süni intellekt mükafatı və Daşkənd Beynəlxalq Film Festivalında bu texnologiyadan istifadə edərək yaradılan filmlər üçün ayrıca nominasiyalar təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM