satellite   Azerspace-1: 11135 H 30000

Şanxay şəhərinin partiya katibi istintaqa cəlb olunub

Şanxay şəhərinin partiya katibi istintaqa cəlb olunub

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP) Siyasi Bürosunun üzvü və ÇKP-nin Şanxay Komitəsinin katibi Çen Cinin intizam və nəzarət istintaqı altındadır.

NTV Çin mediasına istinadla xəbər verir ki, ÇKP-nin Mərkəzi intizam Təftiş Komissiyası və Dövlət Nəzarət Komissiyası ciddi intizam və qanun pozuntuları şübhəsi ilə əlaqədar Çen Cinin haqqında istintaqa başlayıb.

Qeyd edək ki, Çen Cinin 2015-ci ildə ətraf mühitin mühafizəsi naziri təyin edilib, 2017–2022-ci illərdə Pekinin meri vəzifəsində çalışıb. 2022-ci ildən ÇKP-nin Şanxay Komitəsinin katibi təyin edilən Çen Cinin partiyanın Siyasi Bürosuna da daxil olub.

Şanxay Çinin ən böyük iqtisadi və maliyyə mərkəzi hesab olunur. Şəhərin partiya katibi vəzifəsi Çin siyasi sistemində yüksək və nüfuzlu vəzifələrdən sayılır. Bu vəzifəni əvvəllər Çinin hazırkı Sədri Si Cinpin və Baş nazir Li Çian da tutub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM