satellite   Azerspace-1: 11135 H 30000

Ulf Kristersson İsveç hökumətinə yenidən rəhbərlik etməyə hazırdır

Ulf Kristersson İsveç hökumətinə yenidən rəhbərlik etməyə hazırdır

İsveçin Mötədil Koalisiya Partiyasının lideri, 2022-ci ilin oktyabrından ölkənin Baş naziri vəzifəsini tutan və hazırda müvəqqəti hökumətə rəhbərlik edən Ulf Kristersson Baş nazir vəzifəsinə namizədliyini yenidən parlamentin (Riksdaqın) səsverməsinə çıxarmağa hazır olduğunu bəyan edib.

NTV xəbər verir ki, o, bu barədə parlamentin spikeri Andreas Norlenlə görüşünün yekunlarına dair açıqlamasında bildirib.

Noyabrın 3-də hökuməti formalaşdırmaq imkanlarını araşdırmaq tapşırığı alan Kristersson dörd partiyadan ibarət sağçı-mərkəzçi koalisiyanın yaradılmasını təklif edib. Parlamentin spikeri bunu məqsədəuyğun hesab edən kimi səsvermə keçirilə bilər.

Eyni zamanda, sentyabrda keçirilən parlament seçkilərində ən çox səs toplamış Sosial-Demokratlar Partiyasının lideri Maqdalena Andersson Solçu Partiyanın danışıqları davam etdirməkdən imtina etməsi səbəbindən hökuməti formalaşdırmaq üçün heç bir zəmin olmadığını bildirib.

Siyasi böhran fonunda “Mərkəzçi Partiya” Mötədil Koalisiya Partiyası, Xristian Demokratlar və Liberallarla danışıqları bərpa etdiyini açıqlayıb. Bununla yanaşı, mərkəzçilərin lideri Elizabet Tand Rinqkvist partiyanın hər iki siyasi blokla dialoq aparmağa hazır olduğunu vurğulayıb.

M.Andersson mərkəzçilərin qərarını tənqid edərək bildirib ki, bu addım onların seçkiqabağı kampaniya zamanı millətçi “İsveç Demokratları” partiyasından asılılığa yol verməyəcəkləri barədə verdikləri vədə şübhə yaradır.

İsveçdə artıq 72 gündür ki, yeni hökumət formalaşmayıb. İndiyədək parlamentdə Baş nazir vəzifəsinə namizədlə bağlı iki səsvermə keçirilib, lakin onların hər ikisi nəticəsiz qalıb. Dördüncü cəhd də uğursuz olarsa, üç ay ərzində növbədənkənar parlament seçkiləri keçirilməlidir. Bu, 1958-ci ildən bəri ölkədə keçiriləcək ilk növbədənkənar parlament seçkiləri olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM