Polşa və Böyük Britaniya yeni CAMM-MR ortamənzilli raketinin birgə hazırlanması barədə hökumətlərarası saziş imzalayıblar.
NTV xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyi məlumat yayıb.
Bildirilib ki, layihə iki ölkənin müdafiə sənayesinin iştirakı ilə hava hücumundan müdafiə sistemləri üçün raketin birgə hazırlanmasını nəzərdə tutur. Yeni raketin Polşanın çoxqatlı hava və raket müdafiə sisteminin əsas elementlərindən biri olacağı gözlənilir.
CAMM-MR raketinin uçuş mənzilinin 100 kilometrdən çox olacağı planlaşdırılır. Onun təyyarə, helikopter, pilotsuz uçuş aparatları və qanadlı raketləri zərərsizləşdirmək üçün istifadəsi nəzərdə tutulur.
