satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada 29 şaxtaçı 100 metr dərinlikdə köməksiz vəziyyətdə qalıb

İndoneziyada 29 şaxtaçı 100 metr dərinlikdə köməksiz vəziyyətdə qalıb

İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışlar nəticəsində su basmış qızıl mədənində təxminən 29 şaxtaçı yerin altında qalıb.

NTV xəbər verir ki, şaxtaçılar bazar ertəsindən etibarən yerin 100 metr dərinliyində yerləşən mədəndə köməksiz vəziyyətdədirlər.

Mədənin girişinin dar olması, qaranlıq və suyun səviyyəsinin yüksəlməsi xilasedicilərin işini çətinləşdirir.

Hadisə paytaxt Cakartadan 60 kilometr cənubda, Boqor bölgəsinin Ponqkor ərazisində yerləşən qanunsuz qızıl mədənində baş verib. Hazırda şaxtaçıların xilas edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, İndoneziyada qanunsuz və kiçikmiqyaslı mədənçilik fəaliyyəti tez-tez qəzalara səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM