Norveçin vəliəhd şahzadəsi Mette-Maritin 29 yaşlı oğlu Marius Borq Höybi elektron qolbaqla ev dustaqlığında saxlanılma müddətinin uzadılmasına razılıq verib və mebel ustası kimi işə düzəlib.
NTV xəbər verir ki, bunu Höybinin vəkili Aleksander Qreaker deyib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin ilk iş günü bazar ertəsi olub və uğurla keçib. Bununla belə, vəkil onun harada işlədiyi barədə məlumat verməkdən imtina edib.
Höybi əvvəllər ev dustaqlığından azad edilməsi barədə vəsatət qaldırmışdı, lakin indi qüvvədə olan qətimkan tədbirinin müddətinin uzadılmasına razılıq verib. Oslo polisi də həmin tədbirin müddətinin uzadılması barədə vəsatət qaldırmaq niyyətində olduğunu təsdiqləyib.
Höybi fevral ayından həbsdədir. Son bir neçə ay ərzində o, Skauqum iqamətgahında elektron nəzarət altında saxlanılır. Burada onun ziyarətçiləri qəbul etmək, anasının yanına getmək və yaxınlıqda yerləşən emalatxanada vaxt keçirmək imkanı var.
İyun ayında birinci instansiya məhkəməsi Höybinin məişət zorakılığı və iki zorlama hadisəsinə görə dörd il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. O, hökmü apellyasiya qaydasında şikayət edib. Apellyasiya şikayətinə baxılması gələn ilin fevral ayında başlayacaq.
