satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada qızıl mədənində ölənlərin sayı 13-ə çatıb

İndoneziyada qızıl mədənində ölənlərin sayı 13-ə çatıb

İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışlar nəticəsində su basmış qızıl mədənində ölənlərin sayı 13-ə çatıb. 13 nəfərin isə itkin düşdüyü bildirilir.

NTV xəbər verir ki, bu barədə İndoneziya hakimiyyəti məlumat yayıb.

Hadisə paytaxt Cakartadan 60 kilometr cənubda, Boqor bölgəsinin Ponqkor ərazisində yerləşən və qanunsuz fəaliyyət göstərən qızıl mədənində baş verib.

Bildirilir ki, dərinliyi təxminən 100 metrə çatan dar mədən quyuları və ərazidə baş verən torpaq sürüşməsi xilasetmə işlərini çətinləşdirir. Əməliyyatlar davam etdirilir, xilasedicilərin təhlükəsizliyi prioritet olaraq qalır.

Qərbi Yava polisinin sözçüsü Hendra Roxmavan isə mədən quyularını su basmazdan əvvəl 11 işçinin sağ-salamat çıxa bildiyini bildirib. Onun sözlərinə görə, işçilərin mədəndə köməksiz vəziyyətdə qalmaları barədə aidiyyəti qurumlara yalnız hadisədən bir gün sonra məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM