satellite   Azerspace-1: 11135 H 30000

İspaniya sahillərində tanker qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

İspaniya sahillərində tanker qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

İbiza (İspaniya) sahillərində tankerin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, daha altı nəfər isə yüngül xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə İspaniya mediası Balear adalarının təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Təxminən 1,2 milyon litr xam neft daşıyan gəminin göyərtəsində 17 heyət üzvü olub. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilib ki, yanacağın sızması təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları fövqəladə hallara reaksiya planını işə salıblar.

Xilasetmə əməliyyatında Dəniz Xilasetmə Xidmətinin üç helikopteri iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM