satellite   Azerspace-1: 11135 H 30000

PSJ “Roma” azarkeşlərinin davranışı ilə bağlı UEFA-ya müraciət edib

PSJ “Roma” azarkeşlərinin davranışı ilə bağlı UEFA-ya müraciət edib

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Roma” ilə keçirilən oyundan sonra tribunlarda baş verən hadisələrlə bağlı daxili araşdırmaya başlayıb. Paris təmsilçisi insidentdə iştirak edən şəxslərə qarşı sərt sanksiyaların tətbiq olunmasını tələb edib.

NTV  xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Məlumata görə, PSJ rəhbərliyi çərşənbə günü axşam “Park de Prens” stadionunun qonaq azarkeşlər üçün ayrılmış sektorunda irqçi davranış və nasist jestlərinin müşahidə edilməsi ilə bağlı öz tərəfdarlarının şikayətlərinə ciddi yanaşıb.

Hazırda klub hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək və qayda pozuntusuna yol verən şəxsləri aşkar etmək məqsədilə daxili araşdırma aparır. İddialar təsdiqlənərsə, PSJ UEFA-dan təqsirkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edəcək.

Nəşr Julien təxəllüsü ilə danışan parisli azarkeşin ifadələrini də dərc edib. Onun sözlərinə görə, italiyalı azarkeşlərdən ibarət bir qrup bir neçə dəfə meymun səsləri çıxarıb, dəri rəngi və qara gödəkçələrlə bağlı təhqiramiz jestlər edib. Həmçinin yeməyin bıçaqla kəsilməsini xatırladan hərəkətlər göstərib.

Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM