Livandan Suriya ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb. Əməliyyat zamanı təxminən 783 min ədəd kaptaqon həbi aşkar edilərək götürülüb.
NTV SANA agentliyinə istinadla xəbər verir ki, Suriyanın Sərhəd Keçid Məntəqələri və Gömrük üzrə Baş İdarəsinin əməkdaşı Mazin Əlluşun sözlərinə görə, əməliyyat sərhəd təhlükəsizliyinin gücləndirilməsi, narkotik vasitələrin qaçaqmalçılığına və qaçaqmalçı şəbəkələrə qarşı mübarizə, habelə cəmiyyətin təhlükəsizliyinin və rifahının qorunması istiqamətində davamlı səylərin bir hissəsidir.
