satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib - FOTOLAR

Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin (DRİ) əməkdaşlığı çərçivəsində Naxçıvanda Regional Radiomonitorinq Stansiyası yaradılaraq istifadəyə verilib.

Stansiyanın yaradılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli 633s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.7.1.2.4-cü bəndində nəzərdə tutulan “Dövlət Radiotezliklər İdarəsinin Naxçıvan regional məntəqəsinin yaradılması” tədbirinin icrası çərçivəsində həyata keçirilib. 

Layihə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə və mövcud infrastrukturundan istifadə edilməklə həyata keçirilib. Dövlət Radiotezliklər İdarəsi tərəfindən stansiyanın müasir texniki və ölçü avadanlıqları ilə təchizatı və fəaliyyətinin təşkili təmin olunub.

Stansiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika ərazisində radiotezlik spektrindən və radioelektron vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsi, operativ radiomonitorinqin həyata keçirilməsi, radiotezlik istifadəçilərinin uçotunun aparılması və onların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.

Əməkdaşlıq çərçivəsində Sədərək rayonunda avtonom radiomonitorinq stansiyası da istifadəyə verilib, Naxçıvan şəhərində fəaliyyət göstərən mövcud avtonom stansiyanın proqram təminatı yenilənib və məsafədən idarəetmə imkanları təkmilləşdirilib.

Həyata keçirilən tədbirlər muxtar respublikada radiotezlik spektrinin idarə olunmasının təkmilləşdirilməsinə, icazəsiz istifadə olunan radioelektron vasitələrin aşkar edilməsinə, qonşu ölkələrlə beynəlxalq tezlik koordinasiyası üzrə öhdəliklərin yerinə yetirilməsinə, həmçinin radiotezlik resurslarından səmərəli və qanunvericiliyə uyğun istifadəyə töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM