Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft koksunun ixracı illik müqayisədə 36,7 faiz artaraq 236,633 min ton təşkil edib.
NTV Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 95 milyon 227,82 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni aylarında Azərbaycandan 173,131 min ton və ya 52 milyon 301,05 min dollar dəyərində neft koksu ixrac edilib.
