Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar. Həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən inzibati xəta hakkında protokol tətbiq olunub və Babək Rayon Məhkəməsinin qərarına əsasən 40 (qırx) gün müddətində inzibati həbs olunub.
- 18:00 14.02.2023
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
