satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 15-də Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 14 vətəndaşın müraciəti dinlənilərək, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti orqanlarda həlli üçün müvafiq göstərişlər verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM