satellite   Azerspace-1: 11135 H 30000

Qalıqların şəxsiyyətlərinin daha tez müəyyənləşdirilməsi istiqamətində ciddi formada iş aparılır

Qalıqların şəxsiyyətlərinin daha tez müəyyənləşdirilməsi istiqamətində ciddi formada iş aparılır

Kütləvi məzarlıqların aşkar olunmasından sonra ən çox ehtiyac duyulan məsələ qalıqların şəxsiyyətlərinin daha tez müəyyənləşdirilməsidir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Bu sahədə müəyyən qabaqcıl texnologiyalara ehtiyac var. Doğrudur, bizim dövlət qurumları bu yöndə çox ciddi formada iş aparırlar. Amma bununla yanaşı, ölkəmiz mərkəzi ofisi Hollandiyada olan və itkin düşmüş şəxslər üzrə yeganə ixtisaslaşmış beynəlxalq komissiya ilə praktiki əməkdaşlığa başlayıb. Onlar bu yaxınlarda Azərbaycanda oldular və yaxın zamanda bu istiqamətdə hesabat hazırlayacaqlar. Bizim gözləntimiz odur ki, onlar bizi yeni texnologiya ilə təmin etsin", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM