Aytən Cəfərova Ordubadın Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlılarla görüşüb - FOTOLAR

Aytən Cəfərova Ordubadın Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlılarla görüşüb<font color=red> - FOTOLAR</font> Aytən Cəfərova Ordubadın Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlılarla görüşüb<font color=red> - FOTOLAR</font> Aytən Cəfərova Ordubadın Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlılarla görüşüb<font color=red> - FOTOLAR</font> Aytən Cəfərova Ordubadın Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlılarla görüşüb<font color=red> - FOTOLAR</font> Aytən Cəfərova Ordubadın Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlılarla görüşüb<font color=red> - FOTOLAR</font>

Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız Naxçıvanın müxtəlif kəndlərində məskunlaşıblar. Onlar harada yaşamalarından asılı olmayaraq həmin yurd yerlərinin özünəməxsus adət-ənənələrini, folklor nümunələrini yaşadırlar. Bu nümunələr o torpaqların Azərbaycana məxsus olduğunu təsdiqləyən mühüm faktlardır. Qərbi Azərbaycan İcmasının üzvü Aytən Cəfərova mütəmadi olaraq qərbi azərbaycanlı soydaşlarımızla görüşür, onlardan vacib məlumatlar alaraq toplayır.

NUHÇIXAN xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova bu dəfə Ordubad rayonunun Bist və Ələhi kəndlərində məskunlaşan qərbi azərbaycanlıların qonağı olub. Söhbət zamanı tədqiqatçı bu insanların oralardan qaçqın düşərkən özləri ilə götürə bildikləri etnoqrafik əşyalarla və mətbəx mədəniyyətləri ilə tanış olub. Məlumat verilib ki, bu kəndlərdə məskunlaşmış soydaşlarımız Qərbi Azərbaycanın Qafan rayonunun Kurud, Gığı, Pürülü kəndlərindən zorakılıqla qovulublar.

Doğma yurdlarına qayıdacaqları günləri əminliklə gözləyən bu insanlar yaddaşlarında yaşayan, folklorlaşan tarixi hadisələr də yazıya alıb. Zəngin mənəvi aləmə malik olan bu soydaşlarımızla söhbətlər Qərbi Azərbaycana qayıdış konsepsiyası işığında görülən işlərə töhfədir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM