satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana 95 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

İrandan Azərbaycana 95 kq narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana 95 kq narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana 95 kq narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana 95 kq narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Naxçıvan televiziyası-a verilən xəbərə görə, sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb.

Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM