satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə bank kartından istifadə edərək oğurluq törədən şəxs Azərbaycanda həbs edilib

Türkiyədə bank kartından istifadə edərək oğurluq törədən şəxs Azərbaycanda həbs edilib

Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu bu ilin avqustunda ölkəmizdə müəyyənləşdirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluqdan Naxçıvan televiziyası-a məlumat verilib.

Bildirilib ki, məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM