satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər

Azərbaycanda hərbçilər mülki təhsil müəssisələrində oxuya biləcəklər

Azərbaycanda hərbi qulluqçular mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik layihəsində öz əksini tapıb.

Qanun layihəsi hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur.
Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna müvafiq dəyişlikliyin edilməsi təklif olunur.

Dəyişikliyə əsasən hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM