satellite   Azerspace-1: 11135 H 30000

Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir

Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir

Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur.

Naxçıvan televiziyası xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.

Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM