satellite   Azerspace-1: 11135 H 30000

Əhməd İsmayılov: MEDİAlab layihəsi Azərbaycanda yeni milli media məhsullarımızın formalaşmasına imkan verəcək

Əhməd İsmayılov: MEDİAlab layihəsi Azərbaycanda yeni milli media məhsullarımızın formalaşmasına imkan verəcək

Bu gün Azərbaycan Medianın İnkişafı Agentliyi və media subyektlərinin, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin imza atdığı memorandum, eyni zamanda, MEDİAlab layihəsi çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizdə milli kadr potensialının formalaşmasına və ali təhsil müəssisələrindən məzun olmuş gənclərin rəqəmsal mühitdə işlə təmin olunmasına ciddi təkan verəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bu layihənin əsas məqsədi media subyektlərində çalışmaq istəyən gənclərimizin dövlət tərəfindən stimullaşdırılmasıdır. Bu, həmçinin yaxın gələcəkdə Azərbaycanda həm yeni milli media məhsullarımızın, eləcə də jurnalistlərimizin formalaşmasına imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM