satellite   Azerspace-1: 11135 H 30000

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 6 faiz və ya 358 milyon manat çox olmaqla 6 milyard 1 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-noyabr aylarında proqnozla müqayisədə 8 faiz və ya 358 milyon manat artaraq 4 milyard 644 milyon manat olub.

Bu ilin 11 ayında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 759 milyon manat çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM