satellite   Azerspace-1: 11135 H 30000

Anar Əhmədov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

Anar Əhmədov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 9-da Anar Əhmədovun Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Naxçıvan televiziyası-ın məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin".

Anar Əhmədovu isə dünən İqtisadiyyat naziri vəzifəsindən azad edilən Tapdıq Əliyev əvəz edib. Bu təyinatla da bağlı müvafiq sərəncam imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM