satellite   Azerspace-1: 11135 H 30000

Akademiyada “Əbədiyaşar lider” elmi konfransı keçirilib - FOTOLAR

Akademiyada “Əbədiyaşar lider” elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font> Akademiyada “Əbədiyaşar lider” elmi konfransı keçirilib<font color=red> - FOTOLAR</font>

Dahi lider, siyasi düha Heydər Əliyevin xatirəsi Azərbyacan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində anılıb.

Naxçıvan televiziyası xəbər verir ki, konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar. Vurğulanıb ki, Ümummilli Liderin böyüklüyünün nümunəsi olan həmin məqamlar bu gün daha dərindən dərk olunur. “Heydər Əliyev İli” çərçivəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən də bu səpkidə kitablar, monaqrafiyalar və bir çox digər elmi məqalələr hazırlanır.

Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM