satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın su anbarlarında 53,82 milyon kubmetr su ehtiyatı var - FOTOLAR

Naxçıvanın su anbarlarında 53,82 milyon kubmetr su ehtiyatı var<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının mövcud su anbarlarında 2023-cü ilin noyabr ayının sonuna 53,82 milyon kubmetr su ehtiyatı toplanıb.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, su istifadəçilərinə noyabr ayı ərzində 16,18 milyon kubmetr su verilmiş, bunun müqabilində 13 min 26 hektar torpaq sahəsi suvarılıb.

2023-cü ilin ötən ayı ərzində 23,46 kilometr beton və torpaq kanallar, 10,16 kilometr ara arxlar, 3,8 kilometr kollektor lildən təmizlənib, 1,61 kilometr içməli su, 0,12 kilometr kanalizasiya xətləri çəkilib, 1,4 kilometr mövcud içməli su xətlərində, 0,01 kilometr kanalizasiya xətlərində, 0,65 kilometr suvarma boru xətlərində, 1,62 kilometr təzyiqli boru xətlərində, 0,57 kilometr kaptajlarda təmir-bərpa işləri aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM