satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmayıb

Macarıstan parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmayıb

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Şandor Lejak məlumat verib.

Onun sözlərinə görə, Macarıstan parlamentinin növbədənkənar iclasında kvorum təmin olmayıb.

Parlamentdə mandatların əksəriyyətinə malik olan, hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib. Parlamentin iclasında 199 deputatdan cəmi 51-i iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM