satellite   Azerspace-1: 11135 H 30000

ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib

ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib

ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ ordusu Yəməndə husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərində suüstü pilotsuz uçuş aparatları aşkar edib və onların bölgədəki ticarət gəmilərinə təhlükə yaratdığı müəyyənləşib:

“CENTCOM qüvvələri husilərə aid partlayıcılar daşıyan suüstü dronlara zərbələr endirib. Bu əməliyyat dəniz nəqliyyatının hərəkətinin və beynəlxalq suların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün daha təhlükəsiz olmasını təmin edəcək”, - deyə məlumatda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM