satellite   Azerspace-1: 11135 H 30000

Bayden İsrailə yardım layihəsinə veto qoyacaq

Bayden İsrailə yardım layihəsinə veto qoyacaq

ABŞ prezidenti Cozef Bayden İsrailə yardım ayrılması ilə bağlı qanun layihəsinə veto qoyacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin yaydığı yazılı bəyanatda deyilir.

“Əgər bu qanun layihəsi Prezidentə təqdim edilsəydi, o, ona veto qoyardı. Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiyləni rədd etməyə və bunun əvəzinə əlavə milli təhlükəsizlik maliyyəsi təmin etmək üçün tez bir zamanda Prezidentin masasına ikipartiyalı qanun layihəsi göndərməyə çağırır.

Amerika administrasiyası belə bir qanun layihəsinə qətiyyətlə qarşı çıxır, çünki o, sərhədi qorumaq üçün heç bir iş görmür və ya Ukraynanı dəstəkləmir”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bir qrup ABŞ konqresmeni Ukraynaya əlavə dəstək vermədən İsrailə 17,6 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib. Nümayəndələr Palatasının spikeri Mayk Conson qanunvericilərin bu həftə təşəbbüsə səs verəcəyini söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM