satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin ilk astronavtının Yerə enməsi 3-cü dəfə təxirə salınıb

Türkiyənin ilk astronavtının Yerə enməsi 3-cü dəfə təxirə salınıb

Türkiyənin ilk astronavtı Alper Gezervacının Yerə enməsi yenidən təxirə salınıb.

Naxçıvan televiziyası “Haber7”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “SpaceX” özünün “X” hesabında paylaşıb.

Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Kosmik Stansiyadan ayrılması dayandırılıb. Kosmik gəmi və “Ax-3” heyəti sağlamdır.

Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM