ABŞ ordusu Yəməndə Ənsar Allah hərəkatının husi üsyançılarının yerüstü pilotsuz təyyarələrini və gəmi əleyhinə raketlərini hədəfə alıb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Fevralın 8-də Səna vaxtı ilə saat 05:00-dan 21:00-a qədər CENTCOM qüvvələri özünümüdafiə məqsədilə Qırmızı dənizdə Husilərə aid 4 PUA və 7 raketi vurub”, - komandanlığın X sosial şəbəkəsində dərc etdiyi məlumatda deyilir.
Qeyd olunur ki, hədəflər Yəməndə husilərin nəzarətində olan ərazidə aşkarlanıb.
