satellite   Azerspace-1: 11135 H 30000

NATO müdafiə nazirləri gələn həftə Brüsseldə toplanır, əsas mövzu Ukraynaya dəstəkdir

NATO müdafiə nazirləri gələn həftə Brüsseldə toplanır, əsas mövzu Ukraynaya dəstəkdir

NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasının dəqiq tarixi və gündəliyi açıqlanıb.

Naxçıvan televiziyası Alyansın saytına istinadən xəbər verir ki, toplantı iki gün - fevralın 14-15-də keçiriləcək.

İclasın açılış mərasimində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin çıxış edəcək.

Toplantının ilk günündə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası təşkil olunacaq.

Növbəti gün NATO-nun Baş katibi Yens Stoltenberq bəyanatla çıxış edəcək.

Həmçinin Alyansın və NATO-Ukrayna Şurasının iclası keçiriləcək.

Ardınca Y.Stoltenberq mətbuat konfransında danışacaq, jurnalistlərin suallarını cavablandıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM