satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib

Rusiyada neft emalı zavodunun ərazisinə hücum olub, güclü yanğın baş verib

Ukrayna Rusiyanın Krasnodar vilayətində iki neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Naxçıvan televiziyası UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, həm İlskı, həm də Afipski rayonlarındakı zavodlar hədəf alınıb.

Hücumların davam etdirildiyi qeyd olunub.

“Zavodların vurulması nəticəsində Rusiya təyyarələr üçün dizel yanacağı istehsal edə bilməyəcək. Belə zavodun qiyməti 50 milyon dollardır. Onlar tamamilə qanuni hədəflərdir. Onlar təkcə müdafiə sənayesi üçün işləyir və rus qoşunlarını yanacaqla təmin etmir, həm də Rusiya iqtisadiyyatı üçün vacibdir”, - məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM