satellite   Azerspace-1: 11135 H 30000

İsrail terror təhlükəsi səbəbindən 28-ə yaxın səfirliyinin işini dayandırıb

İsrail terror təhlükəsi səbəbindən 28-ə yaxın səfirliyinin işini dayandırıb

İsrail hakimiyyəti İrandan gələn təhdidlərə görə müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

İranın mümkün cavabına qarşı çıxmaq üçün İsrail Müdafiə Ordusu hava qüvvələrinin və hava hücumundan müdafiənin döyüş hazırlığını artırdığı, həmçinin hərbi məzuniyyəti ləğv etdiyi bildirilir.

Bundan bir gün əvvəl “Kan” radioşirkəti də bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyyə edilməsi ilə bağlı məlumat yayıb. Diplomatik nümayəndələrə də ictimai tədbirlərdə iştirak etməmək tövsiyəsi ilə xəbərdarlıqlar göndərilib.

İsrail ordusunun sözçüsü bildirib ki, ölkə özünə qarşı istənilən təhlükəyə ciddi yanaşır və istənilən ssenariyə hazırdır.

Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum ediblər. Konsulluq tamamilə dağıdılıb. İran Prezidenti İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş zabitinin öldürüldüyü Dəməşq konsulluğuna hücuma görə İsrailə qisas alacağını vəd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM